Reklam verin!

Həyat uzunluğunu Tanrı verir. En və miqyası isə bizdən asılıdır

Blog Haqqında

Axtarış

Arxivlər

Açar sözlər

dili  türk  us 

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 40
  • Dünənki hit: 2
  • Bugünki hit: 4
  • Ümumi hit: 526

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Dil bəlası

sauron
Yanvar 11, 2008 13:36

"Rusdilli qəzet və saytlar bağlanmalıdır". Bu başlıqlı məqaləni dünən ölkə qəzetlərindən birində oxudum. Müəllif yazır ki, Milli Televiziya və Radio Şurası 2008-ci ilin yanvarın 1-dən ölkə telekanallarında əcnəbi dillərdə yayımlanan film və proqramların Azərbaycan dilinə dublyaж edilərək yayımlanması barədə qərar çıxarıb.
Bu qərardan bəhs edən, "hələ də" rus dilində bir para filmlər və proqramlar göstərən telekanalların qarasına söylənən müəllif daha sonra Gürcüstan və Ukraynadakı vəziyyətdən bəhs edir. Yazır ki, bəs Gürcüstanda həftəlik və aylıq nəşrlərdən başqa, rus dilində qəzet-dərgi yox. Ölkə telekanallarında da yayım ancaq gürcü dilində.
Ukraynada da buna doğru gedirlər.
"Əgər biz öz dilimizi qorumaq istəyiriksə, Azərbaycanda fəaliyyət göstərən bütün rusdilli qəzet və saytların fəaliyyətini dayandırmaq lazımdır" yazan müəllif "adının çəkilməsini istəməyən ekspert"lə söhbətində eşidib ki, "Space" telekanalında yayımlanan "Çto? Qde? Koqda?" verilişinin qapadılmasıyla bağlı adamların narahatlığı əslində başqa işmiş.
Əfəndim, nəymiş o iş?
Sən demə, "Bu hay-küy rus dilinin müdafiəsindən daha çox, Rusiyanın imperiya iddialarına xidmət edir". Ystəlik "Azərbaycanda 100 mindən artıq rusun yaşadığını bəhanə edən adamlar bu insanların yaşadığı ölkənin dilini öyrənməsini qabartmaq əvəzinə, rus dilində verilişlərin bağlanmasına etiraz edirlər: əslində, Azərbaycanda rus dilində bu qədər qəzet və saytın olması millətin özünə və dilinə hörmətsizliyin göstəricisidir".
Bravo, kolleqa.
Bəlkə rus dilində nəşr olunan "Zerkalo", "Exo", "Bakinski Raboçi", "Vışka" və digər qəzetlərin hamısı Rusiyanın imperiya maraqlarına xidmət edir?
Yerli telekanallarda rus dilində nümayiş etdirilən multfilmlərdəki Vinni-Pux Azərbaycanın dövlətçiliyini dağıtmaq istəyən məkrli qüvvə, pişik Matroskin separatçılıq yaymaq istəyən şəxs, qoca Şapoklyakla timsah Gena da velikorus şovinistləridir, hə?
Əvvəla, müəllifin və o cümlədən ölkədə rus dilini boğmaq istəyənlərin nəzərinə çatdırıram ki, Azərbaycanda 142 min rus yaşayır. Rus dilindən ünsiyyət vasitəsi kimi istifadə edən vətəndaşlarımızın sayı isə içi mən qarışıq 500 mindən artıqdır.
Bəli, mən rusdilliyəm. Rus dili mənə əzizdir və bunu deməkdən qürur duyuram.
Necə ki, ingilis, fransız, ərəb, ispan və ya alman dillərini bilmək də başucalığıdır hər kəs üçün.
Rus dili Azərbaycanı dünya mədəniyyətinə, elminə, tarixinə və inkişafına bağlayıb illər boyu. İndi həmin dil yerini tədricən ingilis dilinə verirsə, proses məntiqidir və burada hansısa "güc mərkəzlərinin təxribat planları"nı aramaq ən azı sadəlövhlükdür.
"Çto? Qde? Koqda?" verilişinə gəldikdə isə, o proqram rus dilinin yox, intellektin təbliğatıyla məşğuldur və nə yaxşı ki, yenidən efirə qayıdır.
Çünki Azərbaycan teleməkanında çox azsaylı, insan şüuruna hesablanmış proqramlardan biridir.
"Doğmadır, öz dilimdədir" tipli lümpen şadyanalığı ilə sifətindən debilizm yağan aparıcının hansısa manıs və ya manısetkanın evində dolaşmasına, onun yataq otağının dolabçalarını açıb eşələməsinə, sayı-hesabını bilmədiyim və heç bilmək də istəmədiyim şou, mahnı, muğam, aşıq və sair və ilaxır müsabiqələrinə baxmalı, zövqü bunlarlamı formalaşdırmalıyıq?
Axı bu telehəşəratlara kim ixtiyar verib ki, türkün ruhu olan aşıq sənətini, millətimizin damarının qanı sayılası muğamı bunca ucuzlaşdırıb kiçildələr, bayağılaşdıralar?
Yerli telekanallardakı qəmgin gözlü osmanlı kişilərinin yarıutancaq və asmadodaq arvadlara olan nakam və ağlartılı eşqlərindən bəhs edən seriallar gerçək Anadolu yaşamından nə qədər uzaqsa, ölkədə istehsal edilən və mətbəx səviyyəli serial, filmlər və kliplər də sənətdən bir o qədər kənardadır.
Azərbaycanda "Exo" və "Zerkalo" kimi rus dilində nəşr olunan qəzetlər bu məmləkətə çox gərəkdir.
Çünki orada çalışanlar bizlərdir və elə bizləri düşündürən, yandıran, utandıran, sevindirən, ağladan, güldürən, sinirləndirən və sakitləşdirən işlərdən bəhs edirlər.
Onların varlığı dilimizə hörmətsizlik yox, hörmətdir: başa düşənlər üçün.
Və ölkədə rus dili ilə bahəm, ləzgi, talış, tat, yəhudi, tatar, saxur, lak, avar, gürcü, ukraynalı dillərində qəzetlər çıxmalı, saytlar olmalıdır.
Azərbaycanın dövlət dili Azərbaycan dilidir.
Türk dilimizin belə adlandırılmasına naçarcasına dözürük və danışmırıq. Amma dövlətin danışdığı dili bütün vətəndaşların dilinə döndərmək istəyiriksə, o vətəndaşa sayğı bəslənməli.
Özünə hörmət görməyən insan üstünə qışqırılan dilə sayğı bəsləməz çünki.
Dili sevmək başqasının dilinə bihörmətlik deyil, cənablar.
Əfsuslar olsun ki, vaxtımızı belə işlərə sərf edir, yerli ura-patriotların belə hayqırtılarına cavab verməli oluruq.
Bookmark and Share

Şərhlər(0)
80 oxunma
Bölməsiz
türk dili us dili 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog